16 dekabr 2022, 12:31

Aqil Əmirovdan, Abşeron, Azərbaycan

Möhtərəm cənab Prezident.

Mənim oğlum 17 saylı cəzaçəkmə müəssisəsində cəza çəkir, məhkumluq həyatı yaşayır. Taleyin hökmü belə gətirib. Nə etmək olar.

Sözümün canı ondadır ki, ölkəmizin bütün vətəndaşları kimi, məhkumların da hüquqları qorunur. Onlara qarşı islah vasitələrindən layiqincə istifadə edilir, yenidən azad cəmiyyətə qovuşmaları üçün bir çox hallarda humanistlik göstərilir. Bu humanistliyin əsas qaynağı isə əlbəttə ki, Sizsiniz, cənab Prezident.

Siz öz humanistliyinizlə, qayğıkeşliyinizlə xalqımızın könlünü fəth etmisiniz. Bütün bunlar insan amilinə verdiyiniz yüksək dəyərin təcəssümüdür. Bu gün hər bir azərbaycanlı Sizi özünə ümid yeri, pənah ünvanı bilir. Çox sağ olun ki, Siz də ümidləri doğruldur, insanlara sevinc bəxş edirsiniz.

Sizə hər zaman uğurlar arzulayıram, əziz Prezidentimiz.

Hörmətlə,

Aqil Əmirov

Azərbaycan Respublikası, Abşeron rayonu, “Gənclər şəhərciyi”.