16 dekabr 2022, 15:03

Xanım Əliyevadan, Ağdam, Azərbaycan

Möhtərəm cənab Prezident.

Əsası Ulu Öndərimiz tərəfindən qoyulan bölgələrin inkişafı ilə bağlı dövlət siyasəti bu gün Sizin tərəfinizdən uğurlar davam etdirilir. İşğaldan azad olunmuş Ağdamda aparılan tikinti-quruculuq işləri ilə yanaşı, rayonun digər qəsəbə və kəndlərində, eləcə də, Quzanlı qəsəbəsində yol infrastrukturunun yaxşılaşdırılması, küçələrin işıqlandırılması prosesi təqdirəlayiq haldır.

Bir qəsəbə sakini olaraq, Sizə həm öz adımdan, həm də rəhbərlik etdiyim kollektiv adından təşəkkürümü bildirirəm.

Hörmətlə,

Əliyeva Xanım Allahverdi qızı

Azərbaycan Respublikası, Ağdam rayonu, Quzanlı qəsəbəsi.