Ulduz Məhərrəmovadan, Göygöl, Azərbaycan
Hörmətli cənab Prezident.
Mən Göygöl rayonu, Zurnabad kənd sakini olaraq, bu məktubumla Sizə dərin minnətdarlığımı bildirmək istəyirəm.
Mənim və bütün xalqımızın Sizə olan inamı heç vaxt sarsılmayacaqdır. Sizin strategiyanıza, savadınıza çox heyranıq. Apardığınız bu uğurlu islahatların təməlini qoyan ulu öndərimiz Heydər Əliyevə hər zaman Uca Allahdan rəhmət diləyirik.
Cənab Prezident, Sizin ölkə vətəndaşları, eləcə də şəhid ailələri və müharibə əlilləri ilə keçirdiyiniz mütəmadi görüşlər hamı tərəfindən çox müsbət qiymətləndirilir. Bir ana olaraq, mən öz adımdan, bir çox problemləri həll olunan sakinlər adından bir daha Sizə təşəkkür edir və uzun ömür diləyirəm.
Məktubumu Sizin məşhur ifadənizlə yekunlaşdırmaq istəyirəm: Qarabağ Azərbaycandır!
Hörmətlə,
Məhərrəmova Ulduz Müzəffər qızı
Azərbaycan Respublikası, Göygöl rayonu, Zurnabad kəndi.