19 dekabr 2022, 12:42

Allahşükür Mirzəyevdən, Lənkəran, Azərbaycan

Cənab İlham Heydər oğlu Əliyev,

Mən şəxsən özümün və ailə üzvlərimin adından Sizi və ailə üzvlərinizi salamlayır, hər birinizə cansağlığı arzulayıram.

Xalqımızın xilaskarı, ümummilli lideri olan unudulmaz Heydər Əliyevin əziz xatirəsini bir neçə gün öncə – dekabrın 12-də ehtiramla andıq. Allah Ulu Öndərimizə qəni-qəni rəhmət etsin, yeri cənnət, ruhu daim şad olsun.

Mən belə bir babam olduğu üçün fəxr edirəm. Həmçinin fəxr edirəm ki, Sizin kimi Ali Baş Komandanı, sözü söz, nidası nida olan oğulu bu Vətənə bəxş etmişdir. Mən söz verirəm ki, Sizin yolunuzla şərəflə addımlayacağam. Mən vətən sevgisində, vətənpərvərlik ruhunda tərbiyə edilməyimdə, ilk növbədə, Sizə, sonra isə valideynlərimə minnətdaram.

Biz ailədə üç uşağıq. Aztəminatlı ailədə böyüyürük. Ailəmə ayrılan ünvanlı dövlət sosial yardımına görə də təşəkkür edirəm.

Hörmətlə,

Mirzəyev Allahşükür,

7-ci sinif şagirdi.

Azərbaycan Respublikası, Lənkəran rayonu, Girdəni kəndi.