Hayan Sadayevdən, Qobustan, Azərbaycan
Hörmətli Prezident, cənab Ali Baş Komandan.
Son 15-20 il ərzində ölkəmizdə görülən işlər göz qabağındadır. Paytaxtda və regionlarda aparılan quruculuq və abadlıq işlərinə görə Sizə minnətdarıq. Çünki bütün bu işlər Sizin rəhbərliyinizlə, Sizin tapşırıqlarınız hesabına həyata keçirilir. Ölkədə görülən bu işlər bizim Qobustan rayonundan da yan keçməyib. Rayonda çox işlər görülüb. Ulu Öndər Heydər Əliyev adına park salınıb, rayon sakinləri içməli su ilə təmin olunub, kanalizasiya sistemi qurulub, məktəb, xəstəxana, idman kompleksi tikilib və bu işlər davam edir.
Hörmətli cənab İlham Əliyev, Siz Azərbaycan xalqının əbədi Prezidentisiniz. Qırx dörd günlük Vətən müharibəsi ilə bütün dünyaya bir daha sübut olundu ki, Azərbaycanın şanlı Ordusu və İlham Əliyev kimi siyasi lideri, Müzəffər Ali Baş Komandanı var.
Torpaqlarımızın müdafiəsi və azadlığı uğrunda gedən döyüşlərdə şəhidlərimiz və əlillərimiz oldu. Vətən müharibəsinin rayonumuz üzrə 16 şəhidi, 22 əlili, 2 Vətən Müharibəsi Qəhrəmanı var. Şəhid ailələrinin və əlillərin problemləri ilə maraqlanırlar, onlara lazımi dəstək verirlər. Bu yanaşma gənc nəsildə Vətənə, torpağa, millətə sevgini daha da artırır.
Hörmətli Prezident, cənab Ali Baş Komandan, xalqın qayğısına qaldığınıza, dərdlilərin dərdinə şərik olduğunuza görə Sizə şəxsən öz dərin minnətdarlığımı bildirirəm.
Hörmətlə,
Sadayev Hayan
Azərbaycan Respublikası, Qobustan rayonu, Bədəlli kəndi.