20 dekabr 2022, 17:29

Coşqun Zeynalovdan, Cəlilabad, Azərbaycan

Hörmətli cənab Prezident.

Mən İkinci Qarabağ müharibəsi iştirakçısıyam. Torpaqlarımızın erməni işğalından azad olunması xalqımıza hədsiz sevinc bəxş etmişdir. Sizə və Azərbaycan xalqına daha böyük zəfərlər, qələbələr arzulayıram. Mən çox şadam ki, torpaqlarımızın azadlığı uğrunda vuruşmuşam, Zəfəri döyüşdüyümüz meydanda qarşılamışam.

Sizin müdrik siyasətiniz və uğurlu addımlarınız sayəsində Azərbaycan gündən-günə inkişaf edir və gələcəyə doğru inamla addımlayır. Biz Sizinlə fəxr edirik və Sizin siyasətinizi dəstəkləyirik.

Hörmətli cənab Prezident, xalqımızın rifahı, gələcəyi naminə gördüyünüz işlərdə Sizə yeni uğurlar arzu edirəm.

Hörmətlə,

Zeynalov Coşqun,

İkinci Qarabağ müharibəsi iştirakçısı.

Azərbaycan Respublikası, Cəlilabad şəhəri.