21 dekabr 2022, 16:08
Sadıq Axundovdan, Ağcabədi, Azərbaycan
Cənab Ali Baş Komandan.
Doğma ata-baba yurdumuza qayıdışla əlaqədar görülən məqsədyönlü işlərə görə Sizə minnətdarlığımızı bildiririk.
Siz Qarabağın, Şərqi Zəngəzurun və işğaldan azad edilmiş digər bölgələrin bərpası üçün çox mühüm addımlar atırsınız. Laçın şəhəri, Zabux və Sus kəndlərində bu gün aparılan geniş tikinti-quruculuq və bərpa işləri deyilənlərə əyani sübutdur. Böyük Qayıdışı səbirsizliklə gözləyirik.
Biz inanırıq ki, Sizin rəhbərliyinizlə ölkəmiz daha da inkişaf edəcək və işğaldan azad edilmiş bütün rayonlarımızın sakinləri əmin-amanlıq içərisində yaşayacaqlar.
Hörmətlə,
Axundov Sadıq,
Laçın şəhər sakini.
Azərbaycan Respublikası, Ağcabədi rayonu, Taxta körpü qəsəbəsi.