22 dekabr 2022, 15:23

Şahinə Həsənovadan, Bakı, Azərbaycan

Möhtərəm cənab Prezident.

Şəhid anası olaraq, məni və mənim kimi neçə-neçə şəhid ailələrini mənzillə təmin etdiyiniz üçün Sizə təşəkkürümü bildirirəm. Bu, dövlətimizin sosial siyasətinin əsas məqsədlərindən birinin şəhid ailələrinin rifahının yaxşılaşdırılması olduğunu göstərir. Ailəmizə bəxş etdiyiniz bu sevinc Sizin şəhid ailələrinə olan diqqətinizin və qayğınızın təzahürüdür.

Mənim övladım Məmmədov Azad Tahir oğlu Füzuli-Xocavənd istiqamətində gedən döyüşlərdə iştirak edərək, 2020-ci il oktyabrın 18-də qəhrəmancasına şəhid olmuşdur. Sizin Sərəncamınızla o, ölümündən sonra “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilmişdir. Mənim övladımın və Vətənimiz uğrunda həlak olan digər şəhidlərimizin qanı yerdə qalmadı, Qarabağımız bizə qaytarıldı.

Allah Sizi və Azərbaycan xalqını daim qorusun!

Hörmətlə,

Həsənova Şahinə Həmid qızı,

Vətən müharibəsi şəhidinin anası.

Azərbaycan Respublikası, Bakı şəhəri, Nəsimi rayonu.