23 dekabr 2022, 12:00

Məryəm İsayevadan, Yevlax, Azərbaycan

Müzəffər Ali Baş Komandan.

İlk növbədə, bir şəhid həyat yoldaşı olaraq, Sizi doğum gününüz münasibətilə təbrik edirəm. Allahdan Sizə və ailə üzvlərinizə xoş, firavan günlər arzu edirəm.

Eyni zamanda, Sizə minnətdarlığımı da çatdırmaq istəyirəm. Autizm xəstəliyindən əziyyət çəkən övladıma – şəhidimizin yadigarına göstərdiyiniz qayğıya görə Sizə “çox sağ olun” deyirəm. Bizim ailə hər zaman Sizdən və dövlətimizdən diqqət və qayğı görmüşdür.

Uca Allah Sizi və ailənizi qorusun. Doğum gününüz mübarək olsun.

Hörmətlə,

Məryəm İsayeva

Şəhid ailəsinin üzvü

Azərbaycan Respublikası, Yevlax şəhəri.