23 dekabr 2022, 18:00

Tərlan Kərimovdan, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident.

Allah Sizə və ailənizə uzun ömür versin. Ocağınız hər zaman yanar, süfrəniz ruzi-bərəkətli olsun.

Mən sadəcə olaraq bir vətəndaş kimi, Sizə təşəkkürümü bildirmək istəyirəm. Bu gün ölkəmizdə hansı sahəyə, hara nəzər salırsansa inkişafın, quruculuğun şahidi olursan. Sizin – Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə Şanlı Ordumuz işğal altındakı torpaqlarımızı düşməndən azad etdi, milyonlarla insanın Vətən həsrətinə son qoyuldu. İşğaldan azad olunmuş yerlərdə qısa müddətdə görülən işlər ürək açır.

Cənab Prezident, atalarımız “birlik dirlikdir” deyib. Siz xalqımızı bir yumruq kimi birləşdirdiniz və bunun nə demək olduğunu hər kəsə çox yaxşı göstərdiniz.

Allah Sizi və ailənizi qorusun, çətin və şərəfli işinizdə Sizə daim kömək olsun. Həmişə Sizin üçün duaçıyıq.

Hörmətlə,

Tərlan Kərimov

Azərbaycan Respublikası, Bakı şəhəri, Suraxanı rayonu.