24 dekabr 2022, 11:36

İqbal Quliyev və başqalarından, Astara, Azərbaycan

Möhtərəm cənab Prezident, Müzəffər Ali Baş Komandan.

Siz respublikamıza rəhbərlik etdiyiniz dövrdə doğma Azərbaycanımız böyük inkişaf yolu keçmiş, bütün sahələrdə uğurlar və nailiyyətlər əldə olunmuş, ölkəmizə ictimai-siyasi sabitlik, xalqımıza əmin-amanlıq bəxş edilmişdir. Bütün bunlar, müasir müstəqil Azərbaycanın qurucusu və memarı, ulu öndər Heydər Əliyevin siyasi kursunu layiqli şəkildə davam etdirdiyinizi göstərir.

Cənab Prezident, 44 günlük Vətən müharibəsində Sizin rəhbərliyiniz altında Azərbaycan Ordusu düşmənə qalib gəldi, torpaqlarımızı işğaldan azad etdi. Xalqımıza bəxş olunan sevincin həddi-hüdudu yoxdur.

Son illər Sizin ölkəmizdə apardığınız kadr islahatları nəticəsində bir çox sahələrdə olduğu kimi, məhkəmə orqanlarında da ciddi dönüş yaranmış, qanun-qayda, nizam-intizam yüksək səviyyəyə çatdırılmış, ədalətli və qanuni qərarlar qəbul olunması təmin edilir. Bizim məhkəmədə olan işimizə də bu günlərdə obyektiv baxılaraq, ədalətli qərar qəbul edilmişdir.

Cənab Prezident, bütün bunlara görə Sizə minnətdarlığımızı bildiririk.

Ulu Tanrı hər zaman köməyiniz olsun.

Hörmətlə,

Quliyev İqbal Xeyrulla oğlu

Kərimov Məmməd Mirzəhəsən oğlu (şəhid atası)

Quliyev İlqar Xeyrulla oğlu

Baxşıyev Allahverdi Ağa oğlu

Cəfərov Elşən Faiq oğlu

Hüseynli Bəxtiyar Pəncəli oğlu

Baxşıyev Azər Allahverdi oğlu

Quliyev Xeyrulla İlqar oğlu

Əzimov Güloğlan Sattar oğlu

Əzimzadə Məmmədəli Güloğlan oğlu

Baxşıyev Anar Allahverdi oğlu

Azərbaycan Respublikası, Astara rayonu, Ərçivan qəsəbəsi.