07 sentyabr 2012, 11:30

AMİ Gəncə filialının professor və müəllim heyətindən, Gəncə, Azərbaycan

Möhtərəm cənab Prezident!

Dövlətimizin xarici və daxili siyasətinin növbəti uğurlarına, xüsusilə də həmvətənimiz Ramil Səfərovun azad olunmasına görə Sizə böyük minnətdarlığımızı çatdırırıq. Biz bunu Azərbaycanın beynəlxalq nüfuzunun artmasının göstəricilərindən biri kimi qəbul edirik. Bu hadisə hamımızda milli qürur hisslərinin yüksəlməsinə səbəb oldu. Əminik ki, düşmən tapdağı altında olan torpaqlarımız da Ali Baş Komandan kimi rəhbərliyinizlə tezliklə azad olunacaqdır. Biz bu günü də səbirsizliklə gözləyirik. Sizin düzgün diplomatiyanız bu qələbəni təmin edəcəkdir.

Hörmətlə,

Azərbaycan Müəllimlər İnstitutu Gəncə filialının professor -müəllim heyəti.
Azərbaycan Respublikası, Gəncə şəhəri.