24 dekabr 2022, 16:07

Əli Hümbətovdan, Goranboy, Azərbaycan

Hörmətli Prezident, Müzəffər Ali Baş Komandan.

Mən Xocalı şəhər sakini kimi, ermənilərin Azərbaycana qarşı təxribatlarının qarşısını almaq və torpaqlarımızı işğaldan azad etmək məqsədilə verdiyiniz əmrə müntəzir olaraq, 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsinə qatılmışam, Talış kəndi istiqamətində gedən döyüşlərdə yaralanmışam. Hərbi-həkim komissiyasının rəyinə əsasən mənə 3-cü qrup əlillik dərəcəsi verilmişdir.

Biz xocalılılar daim Sizin diqqətinizdə olmuşuq. Şəhid ailələrinə, müharibə əlillərinə və veteranlarına göstərilən diqqət və qayğıya görə Sizə dərin minnətdarlığımı və təşəkkürümü bildirirəm.

Hörmətlə,

Əli Hümbətov

Xocalı şəhər sakini, Vətən müharibəsi əlili

Azərbaycan Respublikası, Goranboy rayonu, Aşağı Ağcakənd kəndi.