Məmməd Məmmədovdan, Şəki, Azərbaycan
Möhtərəm Prezident!
Sizin yorulmaz əməyiniz və səyləriniz nəticəsində Azərbaycan zabiti Ramil Səfərov avqustun 31-də Macarıstandan ölkəyə gətirildi və həmin anda əfv olunması haqqında Sərəncam verdiniz. Siz bununla bütün ölkə vətəndaşlarını - anaları, bacıları, qardaşları sevindirdiniz və dövlətimizin, dövlətçiliyimizin, Prezidentimizin necə güclü, humanist olduğunu bir daha bütün dünyaya sübut etdiniz.
Hörmətli Prezidentim, atdığınız bu addım Sizin müdrikliyinizdən, humanistliyinizdən və alicənablığınızdan irəli gəlir. Bununla bir daha bəyan etdiniz ki, Siz xalqla, hər bir ölkə vətəndaşı ilə daim bir yerdəsiniz və hər an onların qayğısına qalırsınız.
Bir azərbaycanlı kimi, bir ölkə vətəndaşı kimi öz adımdan, ailəm adından və xüsusən də ağbirçək anamın adından Sizə təşəkkür edir və Sizinlə fəxr edirik. Fəxr edirik ki, belə qüdrətli Prezidentimiz var.
Hörmətlə,
Məmmədov Məmməd Nağdalı oğlu
Azərbaycan Respublikası, Şəki şəhəri.