Çiçək Hüseynlidən, Bakı, Azərbaycan
Çox hörmətli Prezident!
Bugünlərdə Azərbaycan Ordusunun zabiti Ramil Səfərovun əfv edilməsi haqqında Sərəncamınız barədə eşidəndə bütün Azərbaycan xalqı kimi bizim də qəlbimiz sevincdən dağa döndü. Sizin bu addımınız yeritdiyiniz humanist siyasətin daha bir parlaq təzahürüdür. Əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş inkişaf startegiyası Azərbaycanı beynəlxalq sistemin nüfuzlu aktorlarından birinə çevirmiş, dövlətimizin yürütdüyü xarici siyasəti milli maraqlar çərçivəsində uğurla həyata keçirməyə imkan vermişdir. Ramil Səfərovun Macarıstandan Azərbaycana ekstradisiya olunması bunun bariz təsdiqidir. Biz Ramil Səfərovun Azərbaycana ekstradisiya edilməsi və onun əfv olunmasındakı xidmətlərinizə görə Sizə dərin minnətdarlığımızı bildiririk. Bunu Azərbaycan xalqının qələbəyə doğru atdığı ən uğurlu addım kimi dəyərləndirir, böyük Qələbənin uzaqda olmadığına inanırıq!
6 nömrəli məktəb-liseyin kollektivi adından hörmətlə,
Çiçək Hüseynli.
Azərbaycan Respublikası, Bakı şəhəri, Səbail rayonu.