07 sentyabr 2012, 13:30

Ələkbər Əliyevdən, Bakı, Azərbaycan

Möhtərəm cənab Prezident!

Bakı şəhərinin Səbail rayonundakı E.Əliyev adına 162 nömrəli tam orta məktəbin kollektivi Azərbaycan Ordusunun zabiti, xalqımızın vətənpərvər oğlu Ramil Səfərovu Vətənə qaytararaq, onu əfv etdiyinizə görə Sizə öz dərin və səmimi minnətdarlığını bildirir. Sizə möhkəm cansağlığı, Azərbaycan xalqının əmin-amanlığı və rifahı naminə fəaliyyətinizdə Allahdan uzun illər uğurlar diləyirik. Sizin bu qərarınız bizi vəcdə gətirmişdir. Bu, həqiqətən tarixi bir işdir. Siz çox böyük əzmkarlıq və qətiyyət nümayiş etdirmisiniz. Bunun üçün Sizə bir daha ürəkdən “Sağ olun!” deyirik. Tanrı Sizi qorusun!

Hörmətlə,
Ələkbər Əliyev, direktor.

Azərbaycan Respublikası, Bakı şəhəri.