26 dekabr 2022, 17:00

Həqiqət Balaşovadan, Cəlilabad, Azərbaycan

Hörmətli cənab Prezident.

Sizin rəhbərliyinizlə respublikamızda həyata keçirilən tədbirlər, görülən işlər bütün bölgələrdə olduğu kimi Cəlilabad rayonunda da əhəmiyyətli dəyişikliklərə səbəb olur, rayonumuz gündən-günə gözəlləşir. Bütün bunlar dövlətimizin iqtisadi gücünü, Sizin güclü iradənizi göstərir.

Cənab Prezident, rayonumuzda aparılan abadlıq-quruculuq işlərinə görə Sizə sonsuz minnətdarlığımızı bildiririk. Yaxşı ki, Sizin kimi dövlət başçımız var. Biz Sizinlə fəxr edir və qürur duyuruq.

Sizə və ailənizə möhkəm cansağlığı, dövlətimizin daha da qüdrətlənməsi naminə fəaliyyətinizdə yeni uğurlar arzulayıram.

Ulu Tanrı Sizi və ailənizi qorusun.

Hörmətlə,

Həqiqət Balaşova

Azərbaycan Respublikası, Cəlilabad rayonu, Bayxanlı kəndi.