07 sentyabr 2012, 14:00

Tahirə Mustafa qızından, Şəki, Azərbaycan

Hörmətli cənab Prezident!

Ananızın südü, Vətənimizin çörəyi Sizə halal olsun! Əsl Vətən oğlunu Vətənə qaytardığınız üçün. Biz Sizinlə fəxr edirik. Biz Sizin siyasətinizi dəstəkləyirik. İnanırıq ki, bu siyasət bizi daha möhtəşəm qələbələrə qovuşduracaqdır. Azərbaycan üçün gördüyünüz işlərə görə Sizə təşəkkür edirik. Bölgənin lider dövləti olan Azərbaycan dünyada artıq söz və nüfuz sahibidir. Bu etimadı, bu uğuru Siz qazanmısınız.

B.Vahabzadə adına 1 nömrəli tam orta məktəbin müəllimləri, şagirdləri və valideynləri adından hörmətlə,
Tahirə Mustafa qızı – direktor.

Azərbaycan Respublikası, Şəki şəhəri.