07 sentyabr 2012, 15:00
Xalid Rüstəmovdan, Biləsuvar, Azərbaycan
Möhtərəm Prezident!
Biz, Biləsuvar rayonunun gəncləri xalqımızın igid oğlu Ramil Səfərovun əfv olunması barədə Sizin Sərəncamınızdan böyük ruh yüksəkliyi duyuruq. Ramil gənc bir zabit kimi hünəri ilə biz gənclərə həmişə örnək olmuşdur. Biz gənclər Sizin son dərəcə müdrik və uzaqgörən siyasətinizin qalib gələcəyinə, Ramilin öz doğma vətəninə və ailəsinə dönəcəyinə ürəkdən inanır və bu günü səbirsizliklə gözləyirdik. Biz gənclər müstəqil ölkəmizin Ali Baş Komandanı kimi Sizin hər bir çağırışınıza daim hazırıq.
Əziz Prezident!
Sizə xalqımızın və vətənimizin rifahı naminə yeni nailiyyətlər arzulayırıq.
Hörmətlə, Biləsuvar rayon gəncləri adından
Rüstəmov Xalid.
Azərbaycan Respublikası, Biləsuvar rayonu.