27 dekabr 2022, 12:59

Samir Novruzovdan, Hyuston, Amerika Birləşmiş Ştatları

Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan.

Mənim Amerika Birləşmiş Ştatlarında diaspor fəaliyyətimlə əlaqədar Azərbaycan dövləti tərəfindən medalla təltif edilməyimə görə Sizə dərin təşəkkür edirəm.

Medalla təltif edilməyimin məhz Sizin ad gününüzlə eyni vaxta düşməsi məni daha çox ruhlandırdı.

Fürsətdən istifadə edib Sizi və ailənizi qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Amerika-Azərbaycan İnteqrasiya Mərkəzi adından və şəxsən öz adımdan ürəkdən təbrik edirəm.

Hörmətlə,

Samir Novruzov

Amerika-Azərbaycan İnteqrasiya Mərkəzinin (USACI) prezidenti və həmtəsisçisi

Amerika Birləşmiş Ştatları, Hyuston şəhəri.