27 dekabr 2022, 18:58

Ələddin Mirzəyevdən, Qubadlı, Azərbaycan

Hörmətli cənab Prezident.

Mən Qubadlı şəhər sakiniyəm, Birinci Qarabağ müharibəsi veteranıyam və həmin müharibədə şəhid olmuş, Azərbaycanın Milli Qəhrəmanı Kərəm Mirzəyevin qardaşıyam.

Şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, mənzil-məişət şəraitinin yaxşılaşdırılması, onları narahat edən problemlərin həlli istiqamətində gördüyünüz misilsiz işlər Sizin şəhid ailələrinə göstərdiyiniz diqqət və qayğını çox aydın təcəssüm etdirir.

Müzəffər Ali Baş Komandan, göstərdiyiniz diqqət və qayğıya görə özümün və ailəmin adından Sizə minnətdarlığımı bildirirəm. Müstəqil Azərbaycanın inkişafı naminə apardığınız siyasətdə Tanrı Sizə hər zaman kömək olsun.

Cənab Prezidentimiz, fürsətdən istifadə edərək Sizi doğum gününüz münasibətilə təbrik edirəm. Sizə və ailənizə uzun ömür və həyatda ən gözəl nemət olan cansağlığı arzulayıram.

Hörmətlə,

Ələddin Mirzəyev

Şəhid qardaşı

Azərbaycan Respublikası, Qubadlı şəhəri.