13:26
PDF yükləyin
16 yanvar 2025, 13:26Məhkəmə-Hüquq Şurasının təkliflərini nəzərə alaraq, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 9-cu və 32-ci bəndlərini rəhbər tutaraq qərara alıram:
1. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 94-cü maddəsinə və 97-ci maddəsinin ikinci hissəsinə uyğun olaraq,
apellyasiya məhkəmələri üzrə:
1.1. İlham Məmməd oğlu Cəfərov Bakı Apellyasiya Məhkəməsi sədrinin müavini təyin edilsin;
1.2. Teyyub Asif oğlu Muxtarov Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının sədri vəzifəsindən azad edilərək həmin məhkəmənin sədrinin müavini təyin edilsin;
1.3. Zaur Mirzağa oğlu Allahyarov Şirvan Apellyasiya Məhkəməsinin sədrinin müavini təyin edilsin;
1.4. Məmməd Allahverdi oğlu Məmmədov Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının sədri vəzifəsindən azad edilsin;
1.5. Rafael Əmir oğlu Eyvazov Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının sədri təyin edilsin;
1.6. Rafiq Musa oğlu Cəfərov Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının sədri təyin edilsin;
1.7. Zaur İkram oğlu Məmmədov Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının sədri təyin edilsin;
1.8. İlham Qoşunəli oğlu Əsədov Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının sədri təyin edilsin;
1.9. Elçin İsgəndər oğlu Xasməmmədov Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının sədri təyin edilsin;
ağır cinayətlər məhkəmələri üzrə:
1.10. İsmayıl Kamil oğlu Xəlilov Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi və sədri təyin edilsin;
1.11. Elxan Xasay oğlu Süleymanov Lənkəran Ağır Cinayətlər Məhkəməsinin sədri təyin edilsin;
1.12. Şəlalə Akif qızı Həsənova Bakı İnzibati Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi və sədrinin müavini təyin edilsin;
hərbi məhkəmələr üzrə:
1.13. Əli Ziya oğlu Süleymanov Füzuli Hərbi Məhkəməsinin sədri təyin edilsin;
1.14. Vüqar Kamal oğlu Məmmədov Gəncə Hərbi Məhkəməsinin sədri təyin edilsin;
1.15. İlqar Məsail oğlu Quliyev Tərtər Hərbi Məhkəməsinin sədri təyin edilsin;
1.16. Zeynal Qurban oğlu Ağayev Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Bakı Hərbi Məhkəməsinin hakimi təyin edilsin;
Bakı şəhərinin rayon məhkəmələri üzrə:
1.17. Şeyda Ədalət qızı Məhərrəmova Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin hakimi və sədri təyin edilsin;
1.18. Azər İslah oğlu Paşayev Bakı Ağır Сinayətlər Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin hakimi və sədri təyin edilsin;
1.19. Həbib Bəhram oğlu Həsənov Bakı Hərbi Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin hakimi və sədri təyin edilsin;
1.20. İlqar Zahid oğlu Qaralov Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi və sədri təyin edilsin;
1.21. İlham Əziz oğlu Kərimli Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi və sədri təyin edilsin;
1.22. Faiq Adil oğlu Qasımov Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin hakimi və sədri təyin edilsin;
1.23. Vidadi Kamal oğlu Qasımov Şəki İnzibati Məhkəməsinin hakimi və sədri vəzifələrindən azad edilərək Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi və sədri təyin edilsin;
1.24. Rasim Sarı oğlu Kazımov Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin sədri təyin edilsin;
rayon (şəhər) məhkəmələri üzrə:
1.25. Elçin Məmməd oğlu Kazımov Abşeron Rayon Məhkəməsinin sədri təyin edilsin;
1.26. Sulduz Paşa oğlu Ləzimov Ağcabədi Rayon Məhkəməsinin sədri təyin edilsin;
1.27. Elşad Abdulla oğlu Bayramov Ağdam Rayon Məhkəməsinin sədri təyin edilsin;
1.28. Hümbət Qamuna oğlu Səlimov Balakən Rayon Məhkəməsinin sədri təyin edilsin;
1.29. Ramiz Vəliş oğlu Nurullayev Beyləqan Rayon Məhkəməsinin sədri təyin edilsin;
1.30. Gündüz Qasım oğlu Abbasov Bərdə Rayon Məhkəməsinin hakimi və sədri təyin edilsin;
1.31. Vüsal Adil oğlu Cəbrayılov Cəlilabad Rayon Məhkəməsinin sədri təyin edilsin;
1.32. Aqil Əlisa oğlu Musayev Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Füzuli Rayon Məhkəməsinin hakimi və sədri təyin edilsin;
1.33. Toğrul Məhəmməd oğlu Məmmədov Lənkəran Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Goranboy Rayon Məhkəməsinin hakimi və sədri təyin edilsin;
1.34. Elçin Firudin oğlu Qurbanov Şirvan Şəhər Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Göyçay Rayon Məhkəməsinin hakimi və sədri təyin edilsin;
1.35. Zaur Nazim oğlu Hüseynov Gəncə Şəhər Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Hacıqabul Rayon Məhkəməsinin hakimi və sədri təyin edilsin;
1.36. Xıdır İnqilab oğlu Quliyev Xaçmaz Rayon Məhkəməsinin sədri təyin edilsin;
1.37. İlqar Hidayət oğlu Cabbarov Şirvan Kommersiya Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Xızı Rayon Məhkəməsinin hakimi və sədri təyin edilsin;
1.38. Həsən Salman oğlu Qəniyev Kəlbəcər Rayon Məhkəməsinin sədri təyin edilsin;
1.39. Samir Əlibala oğlu Məmmədov Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Quba Rayon Məhkəməsinin hakimi və sədri təyin edilsin;
1.40. Anar Adil oğlu Qasımov Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Qusar Rayon Məhkəməsinin hakimi və sədri təyin edilsin;
1.41. Cavad Cavanşir oğlu İbrahimov Laçın Rayon Məhkəməsinin sədri təyin edilsin;
1.42. Kamran Şakir oğlu Süleymanov Oğuz Rayon Məhkəməsinin hakimi və sədri vəzifələrindən azad edilərək Lənkəran Rayon Məhkəməsinin hakimi və sədri təyin edilsin;
1.43. Firdovsi Zülfü oğlu Əliyev Masallı Rayon Məhkəməsinin sədri təyin edilsin;
1.44. Nemət Şirkət oğlu Paşayev Şəmkir Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Mingəçevir Şəhər Məhkəməsinin hakimi və sədri təyin edilsin;
1.45. Ayaz Aydın oğlu Səlimov Masallı Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Naftalan Şəhər Məhkəməsinin hakimi və sədri təyin edilsin;
1.46. Ceyhun Tofiq oğlu Qədimov Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Neftçala Rayon Məhkəməsinin hakimi və sədri təyin edilsin;
1.47. Səadət Nazim qızı Zeynalova Samux Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Oğuz Rayon Məhkəməsinin hakimi və sədri təyin edilsin;
1.48. Adil Yaqub oğlu Vəliyev Qusar Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Salyan Rayon Məhkəməsinin hakimi və sədri təyin edilsin;
1.49. Gündüz Əhməd oğlu Şirinov Gəncə Şəhər Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Samux Rayon Məhkəməsinin hakimi və sədri təyin edilsin;
1.50. Bəylər Ramiz oğlu Ələkbərov Siyəzən Rayon Məhkəməsinin sədri təyin edilsin;
1.51. Fərid Murtuza oğlu Yaqubov Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Şamaxı Rayon Məhkəməsinin hakimi və sədri təyin edilsin;
1.52. Ceyhun Rasim oğlu Əhmədov Şəki Rayon Məhkəməsinin sədri təyin edilsin;
1.53. Etibar Zülfüqar oğlu Hümbətov Şamaxı Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Şirvan Şəhər Məhkəməsinin hakimi və sədri təyin edilsin;
1.54. Sərdar Bəşərəddin oğlu Mehrəliyev Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Şuşa Rayon Məhkəməsinin hakimi və sədri təyin edilsin;
1.55. Tahir Möhsüm oğlu Qubadov Zərdab Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Tərtər Rayon Məhkəməsinin hakimi və sədri təyin edilsin;
1.56. Qafil Yavər oğlu Baxşıyev Tovuz Rayon Məhkəməsinin sədri təyin edilsin;
1.57. Hilal İsmayıl oğlu Xəlilov Ucar Rayon Məhkəməsinin sədri təyin edilsin;
1.58. Toğrul Məhəmməd oğlu Əliyev Yevlax Rayon Məhkəməsinin sədri təyin edilsin;
1.59. Vüqar Nemət oğlu Məmmədov Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Zaqatala Rayon Məhkəməsinin hakimi və sədri təyin edilsin;
1.60. İlqam Elxan oğlu Həsənquliyev Yardımlı Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Zərdab Rayon Məhkəməsinin hakimi və sədri təyin edilsin;
1.61. İlqar Aslan oğlu Məmmədov Quba Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Astara Rayon Məhkəməsinin hakimi təyin edilsin;
1.62. Nüsrət Fətulla oğlu Mirzəyev Biləsuvar Rayon Məhkəməsinin hakimi təyin edilsin;
1.63. Telman Osman oğlu Quliyev İmişli Rayon Məhkəməsinin hakimi təyin edilsin;
1.64. Muradağa Əhmədağa oğlu Qasımov Salyan Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Lənkəran Rayon Məhkəməsinin hakimi təyin edilsin.
1.65. Zeynal Ağabala oğlu Zeynalov Masallı Rayon Məhkəməsinin hakimi təyin edilsin;
1.66. Rəşad Nizami oğlu Qoşqarlı Sumqayıt Şəhər Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi təyin edilsin;
1.67. Gülnarə Fikrət qızı Tağızadə Sumqayıt Şəhər Məhkəməsinin hakimi təyin edilsin.
2. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 94-cü maddəsinə və həmin Qanunun Keçid müddəalarının 7-ci hissəsinin dördüncü abzasına uyğun olaraq,
2.1. Hüseyn Məmməd oğlu Məmmədov Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsinin hakimi və sədri təyin edilsin;
2.2. İslam Əli oğlu Əliyev Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi təyin edilsin.
3. Bu Sərəncamın 1.1-ci, 2.1-ci və 2.2-ci bəndləri 2023-cü il yanvarın 2-dən, digər bəndləri imzalandığı gündən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 28 dekabr 2022-ci il
PDF yükləyin
16 yanvar 2025, 13:26Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 3-cü və 32-ci bəndlərini rəhbər tutaraq, “Rəqəmsal inkişaf sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 27 aprel tarixli...
16 yanvar 2025, 13:24Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və “Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 11 iyun tarixli 715...
16 yanvar 2025, 13:22Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Hörmətli cənab Prezident.
Keçən il dekabrın 25-də Bakı-Qroznı reysini həyata keçirən təyyarənin qəzaya uğraması nəticəsində insanların həlak olması barədə...
15 yanvar 2025, 16:54Azərbaycan Respublikasının Prezidenti Zati–aliləri cənab İlham Əliyevə
Dost Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyev.
Əs-səlamu əleykum və rəhmətullahi və bərəkətuhu.
“Azərbaycan Hava Yolları”...
15 yanvar 2025, 16:52Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Zati-aliləri.
Ötən il dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında “Azərbaycan Hava Yolları” şirkətinə məxsus təyyarənin qəzaya uğraması...
15 yanvar 2025, 16:50Azərbaycan Respublikası Prezidentinin
2025-ci il 15 yanvar tarixli Fərmanı ilə təsdiq edilmişdir
1. Ümumi müddəalar
1.1. “Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi (AZCON)” (bundan sonra – AZCON) idarəetməsinə verilmiş dövlət...
15 yanvar 2025, 16:40Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin yaradılması və bununla əlaqədar bəzi məsələlərin həll edilməsi haqqında” Azərbaycan...
15 yanvar 2025, 16:39Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Fövqəladə vəziyyət və sosial xarakterli fövqəladə mühit haqqında” və “Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və...
15 yanvar 2025, 16:37Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci, 8-ci və 20-ci bəndlərini rəhbər tutaraq, “Dövlət ehtiyatları haqqında” Azərbaycan Respublikasının 2023-cü il 19 dekabr...
15 yanvar 2025, 16:35Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında”, “Büdcə sistemi haqqında” və “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan...
15 yanvar 2025, 16:33