11:30
Azərbaycan Respublikası Prezidentinin “Balaxanı Sənaye Parkının ərazisinin genişləndirilməsi haqqında” 2018-ci il 1 mart tarixli 3736 nömrəli, “Sumqayıt Kimya Sənaye Parkının ərazisinin genişləndirilməsi haqqında” 2018-ci il 6 iyul tarixli 293 nömrəli, “Mingəçevir Sənaye Parkının ərazisinin genişləndirilməsi haqqında” 2018-ci il 30 iyul tarixli 366 nömrəli, “BMT-nin insan hüquqları mexanizmləri üzrə qurumları ilə əməkdaşlığın səmərəliliyinin artırılması haqqında” 2018-ci il 20 sentyabr tarixli 504 nömrəli, “Azərbaycan Respublikasında peyk vasitəsilə Yerin məsafədən müşahidəsi xidmətlərinin inkişafına dair 2019–2022-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” 2018-ci il 15 noyabr tarixli 696 nömrəli və “Tarix-mədəniyyət qoruqlarının yaradılması haqqında” 2019-cu il 22 oktyabr tarixli 1498 nömrəli sərəncamlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
29 dekabr 2022, 11:06Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Dövlət müəssisəsinin səhmdar cəmiyyətinə çevrilməsinin qaydaları haqqında Əsasnamə”nin təsdiq edilməsi haqqında”, “Maliyyə-sənaye qrupları haqqında” və “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 5 noyabr tarixli 621-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar qərara alıram:
1. “Balaxanı Sənaye Parkının ərazisinin genişləndirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 1 mart tarixli 3736 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 3, maddə 461) 2-ci hissəsindən “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi,” sözləri çıxarılsın.
2. “Sumqayıt Kimya Sənaye Parkının ərazisinin genişləndirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 6 iyul tarixli 293 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 7, maddə 1540) 2-ci hissəsindən “və Əmlak Məsələləri Dövlət Komitəsi” sözləri çıxarılsın.
3. “Mingəçevir Sənaye Parkının ərazisinin genişləndirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 30 iyul tarixli 366 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 7, maddə 1612) 2-ci hissəsindən “və Əmlak Məsələləri Dövlət Komitəsi” sözləri çıxarılsın və həmin hissədə “etsinlər” sözü “etsin” sözü ilə əvəz edilsin.
4. “BMT-nin insan hüquqları mexanizmləri üzrə qurumları ilə əməkdaşlığın səmərəliliyinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 20 sentyabr tarixli 504 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 9, maddə 1889) 1-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:
4.1. “nəqliyyat, rabitə və yüksək texnologiyalar” sözləri “rəqəmsal inkişaf və nəqliyyat” sözləri ilə əvəz edilsin;
4.2. “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi sədrinin müavini” və “Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası Katibliyinin icraçı direktoru” sözləri çıxarılsın.
5. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 15 noyabr tarixli 696 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 11, maddə 2352; 2020, № 9, maddə 1185) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında peyk vasitəsilə Yerin məsafədən müşahidəsi xidmətlərinin inkişafına dair 2019–2022-ci illər üçün Dövlət Proqramı”nda aşağıdakı dəyişikliklər edilsin:
5.1. 3-cü hissənin altıncı abzasının dördüncü cümləsində “Əmlak Məsələləri Dövlət Komitəsi” sözləri “İqtisadiyyat Nazirliyi” sözləri ilə əvəz edilsin;
5.2 “8. “Azərbaycan Respublikasında peyk vasitəsilə Yerin məsafədən müşahidəsi xidmətlərinin inkişafına dair 2019 – 2022-ci illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planı” üzrə:
5.2.1. 1.8.1-ci, 1.8.3-cü, 1.8.6-cı, 1.9.1-ci, 1.9.2-ci, 1.9.3-cü, 7.2.1-ci və 7.2.2-ci yarımbəndlərin “İcraçı orqanlar” sütununda “ƏMDK” akronimi “İN” akronimi ilə əvəz edilsin;
5.2.2. 1.9.4-cü yarımbəndin “İcraçı orqanlar” sütunundan “ƏMDK,” akronimi çıxarılsın;
5.2.3. “Akronimlər” bəndindən “ƏMDK – Əmlak Məsələləri Dövlət Komitəsi” sözləri çıxarılsın.
6. “Tarix-mədəniyyət qoruqlarının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 22 oktyabr tarixli 1498 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 10, maddə 1638) 6.1 – 6.3-cü bəndlərində “Əmlak Məsələləri Dövlət Komitəsi” sözləri “İqtisadiyyat Nazirliyi” sözləri ilə əvəz edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 28 dekabr 2022-ci il
11:30
16:54
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Hörmətli cənab Prezident.
Keçən il dekabrın 25-də Bakı-Qroznı reysini həyata keçirən təyyarənin qəzaya uğraması nəticəsində insanların həlak olması barədə...
15 yanvar 2025, 16:5416:52
Azərbaycan Respublikasının Prezidenti Zati–aliləri cənab İlham Əliyevə
Dost Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyev.
Əs-səlamu əleykum və rəhmətullahi və bərəkətuhu.
“Azərbaycan Hava Yolları”...
15 yanvar 2025, 16:5216:50
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Zati-aliləri.
Ötən il dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında “Azərbaycan Hava Yolları” şirkətinə məxsus təyyarənin qəzaya uğraması...
15 yanvar 2025, 16:5016:40
Azərbaycan Respublikası Prezidentinin
2025-ci il 15 yanvar tarixli Fərmanı ilə təsdiq edilmişdir
1. Ümumi müddəalar
1.1. “Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi (AZCON)” (bundan sonra – AZCON) idarəetməsinə verilmiş dövlət...
15 yanvar 2025, 16:4016:39
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin yaradılması və bununla əlaqədar bəzi məsələlərin həll edilməsi haqqında” Azərbaycan...
15 yanvar 2025, 16:3916:37
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Fövqəladə vəziyyət və sosial xarakterli fövqəladə mühit haqqında” və “Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və...
15 yanvar 2025, 16:3716:35
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci, 8-ci və 20-ci bəndlərini rəhbər tutaraq, “Dövlət ehtiyatları haqqında” Azərbaycan Respublikasının 2023-cü il 19 dekabr...
15 yanvar 2025, 16:3516:33
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında”, “Büdcə sistemi haqqında” və “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan...
15 yanvar 2025, 16:3316:31
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 7-ci və 15-ci bəndlərini rəhbər tutaraq qərara alır:
Maddə 1. “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında” Azərbaycan...
15 yanvar 2025, 16:3116:29
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 11-ci və 13-cü bəndlərini rəhbər tutaraq qərara alır:
Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin (Azərbaycan...
15 yanvar 2025, 16:2916:27
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. 2024-cü il sentyabrın 13-də Kuyaba şəhərində imzalanmış “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə Braziliya...
15 yanvar 2025, 16:27