Zeynal Əzizovdan, Saatlı, Azərbaycan
Hörmətli cənab Prezident.
Rayonumuzun sosial-iqtisadi inkişafına daim diqqət yetirməyiniz bizi ürəkdən sevindirir. Bu diqqətin sayəsində son illər ərzində Saatlıda istehsal və emal müəssisələri istifadəyə verilmiş, yüzlərlə insan işlə təmin olunmuş, əhalinin sosial rifahı yüksəlmişdir. Rayonumuz üçün ənənəvi kənd təsərrüfatı sahəsi sayılan pambıqçılığın dirçəldilməsi istiqamətində görülən işlər də ürəkaçandır. Pambıqçılıq yenidən Saatlıya böyük gəlir gətirən sahələrdən birinə çevrilmişdir. Avtomobil yollarının əsaslı təmiri və asfaltlanması da insanların rahatlığına və firavanlığına xidmət edir, işimizə yarayır.
Möhtərəm cənab Prezident, dünya ölkələrinin iqtisadi çətinliklə qarşılaşdığı indiki dövrdə xalqımıza göstərdiyiniz maddi və mənəvi dəstəyə görə bir ziyalı kimi Sizə dərin minnətdarlığımı bildirirəm. Xalqımızın və dövlətimizin daha xoş gələcəyi naminə Sizə uzun ömür, cansağlığı arzu edirəm.
Tanrı Sizi qorusun.
Hörmətlə,
Zeynal Əzizov
Azərbaycan Respublikası, Saatlı şəhəri.