30 dekabr 2022, 18:00
Əlizamin Nəsirovdan, Saatlı, Azərbaycan
Əziz və hörmətli Prezidentimiz.
Yaşadığım ərazidə – Saatlı şəhərinin Ş.Yusif küçəsində yeni avtomobil yolunun çəkilməsinə görə bütün sakinlər adından Sizə dərin minnətdarlığımızı bildirirəm.
Bu yol bizim üçün önəmli olduğundan çox sevinirik. Allah da hər zaman Sizi sevindirsin və bütün arzularınıza çatdırsın.
Siz insanlara, ölkə vətəndaşlarına hər zaman səmimi münasibət bəsləmisiniz, əvəzsiz qayğı göstərmisiniz. Bu səmimiyyətə, qayğıya görə Sizə küçəmizin bütün sakinləri adından bir daha sonsuz təşəkkürümü bildirir, tükənməz enerji və gələcək fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram.
Allah Sizi qorusun.
Hörmətlə,
Əlizamin Nəsirov
Şəhid atası
Azərbaycan Respublikası, Saatlı şəhəri.