07 sentyabr 2012, 17:30

Fərid Hüseynovdan, Mingəçevir, Azərbaycan

Möhtərəm cənab Prezident!

Sizin həyata keçirdiyiniz uğurlu daxili və xarici siyasət nəticəsində doğma Azərbaycanımız gündən-günə inkişaf edir, xalqımızın rifahı yaxşılaşır, ölkəmizin beynəlxalq aləmdə nüfuzu getdikcə artır. Bu uğurlar bütün azərbaycanlıları qəlbən sevindirir. Xalqımızın vətənpərvər oğlu Ramil Səfərovun Azərbaycana gətirilməsi və əfv olunması sözün əsl mənasında tarixi hadisədir. Bu, Sizin beynəlxalq aləmdə böyük nüfuzunuzun bariz nümunəsidir. Biz Azərbaycan gəncləri olaraq hər zaman Sizinləyik və Sizi dəstəkləyirik. Allah daim Sizi qorusun! İnşallah növbəti seçkilərdə də iştirak edərək bizim Prezidentimiz olarsınız.

Hörmətlə,

Hüseynov Fərid Elman oğlu

Azərbaycan Respublikası, Mingəçevir şəhəri.