09 yanvar 2023, 18:02

Arzu Rəhimov və Günay Məmmədovadan, Gəncə, Azərbaycan

Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan.

Sizin və Ordumuzun sayəsində qazanılan böyük Qələbəmiz illərlə çəkdiyimiz Qarabağ həsrətinə son qoydu. Ulu Öndər Heydər Əliyevin vəsiyyətini yerinə yetirərək, müqəddəs Qarabağı özümüzə qaytardığınıza görə Sizə minnətdarıq.

Cənab Prezident, həmçinin ölkə vətəndaşlarına olan diqqətinizə, aztəminatlı ailələrə göstərdiyiniz qayğıya görə Sizə təşəkkür edirik.

Biz aztəminatlı ailələrin üzvləriyik. Sizin və dövlətimizin qayğısını hər zaman üzərimizdə hiss edirik.

Cənab Prezident, Sizə uzun ömür, möhkəm cansağlığı arzulayırıq.

Hörmətlə,

Rəhimov Arzu, Qarabağ müharibəsi veteranı,

Məmmədova Günay.

Azərbaycan Respublikası, Gəncə şəhəri.