10 yanvar 2023, 13:50
Mahir Məmmədovdan, Sumqayıt, Azərbaycan
Hörmətli cənab Prezident, Müzəffər Ali Baş Komandan.
Siz Azərbaycan xalqının rifahının yüksəldilməsi istiqamətində görülən işləri daim nəzarətdə saxlayırsınız. Bunu hər bir vətəndaş görür və hiss edir. Bir vətəndaş olaraq Sizə dərin təşəkkürümü bildirirəm.
Cənab Prezident, biz - Xüsusi Təyinatlı Qüvvələrin ehtiyatda olan qaziləri Sizi daim dəstəkləyirik, verəcəyiniz bütün əmrləri tərəddüdsüz icra etməyə hazırıq. Sizə dövlətimiz və xalqımız naminə fəaliyyətinizdə uğurlar arzulayırıq.
Allah Sizi və Vətənimizi qorusun!
Hörmətlə,
Mahir Məmmədov
Azərbaycan Respublikası, Sumqayıt şəhəri.