Rasim Məhərrəmov və başqalarından, Astara, Azərbaycan
Möhtərəm cənab Prezident, Müzəffər Ali Baş Komandan.
Sizi Astara rayonunda yaşayan Qarabağ müharibəsi veteranları və əlilləri adından salamlayırıq. Allahdan Sizə və ailənizə uzun ömür, möhkəm cansağlığı arzulayırıq.
Hörmətli cənab Prezident, Sizin rəhbərliyinizlə əldə olunan uğurlar bizi çox qürurlandırır. Otuz illik Qarabağ həsrətinə son qoymaq üçün gördüyünüz möhtəşəm işlər dərsliklərdə əsrlər boyu öyrəniləcək. Sizi daim dəstəkləyir və Zati-alinizə dərin minnətdarlığımızı bildiririk.
Sizin və dövlətimizin vətəndaşlara göstərdiyi qayğını daim hiss edirik. Biz qazilərə həmişə dəstək olur, bizi diqqətdə saxlayırsınız. Buna görə Sizə bir daha dərin hörmət və ehtiramımızı bildiririk. İnanırıq ki, Sizin kimi rəhbərimiz olduğu müddətdə Azərbaycan daim güclənəcək və onun gələcək nəsilləri də vətənpərvər ruhda yetişəcəkdir.
Biz Sizinlə qürur duyur, fəxr edirik.
Hörmətlə,
İkinci Qarabağ müharibəsinin əlilləri:
Məhərrəmov Rasim,
Novruzov Rövşən,
Əsədullayev Fazil,
Nuriyev Namiq,
Tofiq Kazımov,
Ağayev Ərəstun,
Abdullayev Zahid.
Azərbaycan Respublikası, Astara rayonu, Ərçivan qəsəbəsi.