Sərxan Musayevdən, Gəncə, Azərbaycan
Cənab Prezidentim.
Düşmən qarşısında daim sipər olan və respublikamızın qəhrəman diyarlarından biri sayılan Tovuz gələcəyimiz olan şagirdlərimizə milli-mənəvi dəyərlərin aşılanması və onların layiqli vətəndaş kimi formalaşması baxımından gözəl nümunədir. Çalışdığım Tovuz Peşə Liseyi də öz tədris proqramında bu nüanslara mühüm yer verir.
Siz ölkə vətəndaşlarının daha yaxşı yaşaması üçün ardıcıl işlər görürsünüz. “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında” 2023-cü il 5 yanvar tarixli Sərəncamınız da bu yüksək amala xidmət edir.
Möhtərəm Prezident, Tovuz Peşə Liseyinin kollektivi və bütün təhsil işçiləri adından Sizə dərin minnətdarlığımızı ifadə edirəm.
Hörmətlə,
Musayev Sərxan,
Tovuz Peşə Liseyinin Təlim-tərbiyə işləri üzrə direktor müavini.
Azərbaycan Respublikası, Gəncə şəhəri.