11 yanvar 2023, 15:56

Vüsal Hüseynovdan, Göyçay, Azərbaycan

Hörmətli cənab Prezident.

Sizin rəhbərliyiniz və bilavasitə nəzarətinizlə bölgələrimizdə aparılan abadlıq-quruculuq işləri Göyçay şəhərinə də sirayət edir, rayon mərkəzi inkişaf edir və gözəlləşir. Şəhər sakini kimi Sizə dərin minnətdarlığımı bildirirəm. Göyçay şəhərinin gözəlliyi insanı heyran edir. Bu inkişaf Sizin uğurlu siyasətinizin bariz nümunəsidir.

Cənab Prezident, Göyçaya diqqətiniz məni bir rayon sakini kimi qürurlandırır və sevindirir. Rayonun inkişafına göstərdiyiniz diqqət və qayğıya görə bir daha Sizə təşəkkürümü bildirirəm.

Ulu Tanrı Sizi və dövlətimizi qorusun!

Hörmətlə,

Hüseynov Vüsal

Azərbaycan Respublikası, Göyçay şəhəri.