11 yanvar 2023, 18:30

Fərid Şərifovdan, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident.

Azərbaycan Respublikası bu gün öz tarixinin çox şərəfli, böyük irəliləyişlər, inkişaf və tərəqqi dövrünü yaşamaqdadır. Ulu Öndərin həyata keçirdiyi çoxşaxəli və milli maraqlara əsaslanan siyasət strategiyası bu gün onun layiqli varisi olaraq Sizin tərəfinizdən inamla davam etdirilir. Təbii ki, idman da diqqət və qayğıdan kənarda deyildir.

Cənab Prezident, Sizin şəxsi diqqətiniz, qayğınız idmançıları yeni qələbələrə səsləyir. Siz var olduqca, ölkəmiz davamlı qələbələr qazanacaq, Azərbaycan Bayrağı daim zirvələrdə dalğalanacaqdır.

Hər zaman var olasınız!

Hörmətlə,

Şərifov Fərid

Azərbaycan Respublikası, Bakı şəhəri, Xətai rayonu.