Zöhrə Həsənova və başqalarından, Tərtər, Azərbaycan
Möhtərəm cənab Prezident.
Sizin Tərtər rayonuna, onun sakinlərinə göstərdiyiniz diqqət və qayğı bizi ürəkdən sevindirir. Şəhərimiz günü-gündən inkişaf edir və gözəlləşir. Yeni evlər tikilir, inzibati binalar təmir edilir, küçələrə asfalt salınır, istinad divarları aqlay və bəzək daşları ilə üzlənir. Görülən işlərdən şəhərin Nizami küçəsində yerləşən 40 və 40q nömrəli binaların sakinlərinə də pay düşüb. Hər iki binanın giriş hissələri və pilləkən qəfəsləri əsaslı təmir olunub, yenidən suvanaraq boyanıb. Məhəccərlər rənglənib, 40q nömrəli yaşayış binasının dam örtüyü dəyişdirilib. Həyətdə sakinlərin asudə vaxtını səmərəli keçirməsi üçün söhbətgahlar qurulub.
Cənab Prezident, görülən bütün işlərə, bizə göstərdiyiniz diqqət və qayğıya görə Sizə hər iki binanın sakinləri adından minnətdarlığımızı bildiririk. Sizə uzun ömür, cansağlığı, fəaliyyətinizdə müvəffəqiyyətlər arzu edirik. Tərtər sakinləri hər zaman Sizinlədir.
Tanrı Sizi və ailənizi qorusun!
Hörmətlə,
Həsənova Zöhrə Surxay qızı,
Kərimov Səbuhi Sabir oğlu,
Səlimov Vasif İslam oğlu,
Həsənov Ramin Qilman oğlu,
Hacıyev Vahid Rəhman oğlu,
Kərimfur Qənirə Şura qızı.
Azərbaycan Respublikası, Tərtər şəhəri.