08 sentyabr 2012, 09:30

Həmzə Əliyevdən, Saatlı, Azərbaycan

Möhtərəm Prezident!

Ordumuzun zabiti Ramil Səfərov Azərbaycana gətirildi və Siz onu əfv etdiniz. Bu addımınız bütün xalqımızın dərin sevincinə səbəb oldu. İndi kimlərsə bunun düzgün olmadığını deyirlər. Belələri Azərbaycanın inkişafını, beynəlxalq aləmdə artan nüfuzunu gözü götürməyənlərdir. Ramil Səfərov beynəlxalq Konvensiya əsasında ölkəsinə ekstradisiya edilib. Onu əfv etmək Prezidentimizin müstəsna səlahiyyətidir. Cənab Prezident, çox sağ olun ki, Siz belə bir addımı atdınız. Bu qərarınız xalqımızın Sizə olan hörmətini, ehtiramını, məhəbbətini birə on artırdı. Biz Sizinləyik. Sizin siyasətinizi dəstəkləyirik. Tanrı Sizi qorusun!

Hörmətlə,

Əliyev Həmzə.

Azərbaycan Respublikası, Saatlı rayonu, Sımada kəndi.