08 sentyabr 2012, 10:00
Şahid Babayevdən, Lənkəran, Azərbaycan
Möhtərəm Prezident!
Sizin böyük səyiniz nəticəsində qeyrətli Azərbaycan zabiti Ramil Səfərov azadlığa qovuşdu. Bu qətiyyətli, cəsarətli addımınıza görə Sizə minnətdarlığımızı və təşəkkürümüzü bildiririk. Ölkəmizin etibarlı tərəfdaşlığının, Sizin beynəlxalq aləmdəki şəxsi nüfuzunuzun təsdiqi olan bu məsələ düşmənlərimizi xar etmişdir. İnşallah böyük Qələbəmiz onlara göz dağı olacaqdır.
Azərbaycan haqq yolundadır, haqq isə nazilər, amma qırılmaz deyiblər. Möhtərəm Prezident, biz Sizin siyasətinizi dəstəkləyir, Sizdən güc alırıq. Sizə şərəfli işinizdə müvəffəqiyyətlər arzu edirik.
Dərin hörmətlə,
Babayev Şahid Fərhad oğlu.
Azərbaycan Respublikası, Lənkəran rayonu, Daşdatük kəndi.