13 yanvar 2023, 13:18
Sara Əzimovadan, Naxçıvan, Azərbaycan
Hörmətli cənab Prezident.
Bu günlərdə işğaldan azad edilmiş ərazilərdə oldum. Şuşaya ayaq basanda qürur hissi yaşadım. Bizə bu qüruru yaşadan şəhidlərimizə Allah rəhmət eləsin. Qarabağ fatehi kimi Sizə minnətdarıq.
Cənab Prezident, bu il Azərbaycana rəhbərliyinizin 20 ili tamam olur. Bu illər ərzində Sizi dəstəkləyən naxçıvanlılar Sizinlə fəxr edir. Siz tarix yazaraq, bizə milli birliyimizi, bütövlüyümüzü, köklü dəyərlərimizi, qürurumuzu, mənliyimizi qaytardınız, böyük sevinc yaşatdınız.
Allah Sizi qorusun!
Hörmətlə,
Sara Əzimova,
Azərbaycan Respublikası, Naxçıvan Muxtar Respublikası, Naxçıvan şəhəri.