13 yanvar 2023, 17:30

Qalib Məmmədovdan, Kəlbəcər, Azərbaycan

Hörmətli cənab Prezident.

Azərbaycan xalqının tarixində göstərdiyiniz misilsiz fəaliyyətinizə görə şəxsən öz adımdan və ailəmiz adından Sizə dərin minnətdarlığımı bildirirəm. Sizi çox sevirik. Xoşbəxt xalqın nümayəndələri, müzəffər dövlətin vətəndaşları kimi Sizinlə qürur duyuruq.

Cənab Prezident, bir neçə gün öncə media nümayəndələrinə verdiyiniz müsahibəni dinlədikdə bir daha qürurlandıq. Siz həyatınızı xalqa həsr etmisiniz. Xalqımız da Sizi dəstəkləyir və daim dəstəkləyəcək.

Allah Sizi və Azərbaycanımızı qorusun!

Hörmətlə,

Məmmədov Qalib,

Azərbaycan Respublikası, Kəlbəcər rayonu, Çaykənd kəndi.