08 sentyabr 2012, 10:30

Seyidfətdah Səmədovdan, Laçın (Ağcabədi), Azərbaycan

Çox hörmətli Prezident!

Hər bir azərbaycanlı kimi mənim də sevincimin həddi-hüdudu yoxdur. Siz Azərbaycanın cəsur oğlu Ramil Səfərovun azadlığa çıxarılmasında böyük fədakarlıq göstərdiniz. Siz bu şücaətinizlə Azərbaycan xalqının və dövlətinin qüdrətini bir daha dünyaya bəyan etdiniz. Bu hünər mənim düşüncəmdə Qarabağın işğaldan azad olunmasına bərabərdir. Bu hünər bizdə bir daha böyük inam yaradır ki, Allahın köməyi və Sizin dərin zəkanızla işğal altındakı torpaqlarımız tezliklə azad olunacaqdır. İndi hər bir azərbaycanlı ailəsində Sizin və Ramilin şərəfinə qurbanlar kəsilir, dualar oxunur. Qədirbilən xalqımız Sizin dərin zəkanıza, müdrikliyinizə gündən-günə daha çox inanır, Sizi həmişə Prezident kimi görür və Allahın köməyi ilə görəcəkdir. Siz ulu öndərimizin siyasi xəttinin layiqli davamçısısınız. Bu siyasət ölkəmizin ərazi bütövlüyünü mütləq təmin edəcəkdir. Qiyabi də olsa Sizi və Ramili bağrıma basıram. Allah Sizi qorusun!

Hörmətlə,

Səmədov Seyidfətdah Muxtar oğlu,

Laçın rayonundan məcburi köçkün.
Azərbaycan Respublikası, Ağcabədi rayonu, Salmanbəyli kəndi.