13 yanvar 2023, 19:00

İslam Lumuyevdən, Xaçmaz, Azərbaycan

Hörmətli cənab Prezident, Müzəffər Ali Baş Komandan.

Sizin rəhbərliyinizlə respublikamız günü-gündən sürətlə inkişaf edir və yeni sosial layihələr həyata keçirilir. Bütün sahələrdə olduğu kimi, sosial müdafiə sahəsində də böyük uğurlara imza atılır.

Cənab Prezident, biz də çoxuşaqlı ailəyik və ünvanlı dövlət sosial yardımı ilə bağlı müraciət etdik və təyinat aparıldı. Bu cür şərait yaratdığınıza görə Sizə ailəm adından minnətdarlığımı bildirirəm.

Ulu Tanrıdan Sizə möhkəm cansağlığı, uzun ömür, ölkəmizin daha da inkişafı naminə fəaliyyətinizdə uğurlar arzulayıram.

Allah Sizi və dövlətimizi qorusun!

Hörmətlə,

İslam Lumuyev,

Azərbaycan Respublikası, Xaçmaz rayonu, Çaxmaqlı kəndi.