Hüseyn Ələkbərovdan, Samux, Azərbaycan
Hörmətli cənab Prezident, Müzəffər Ali Baş Komandan.
Sizin yüksək sərkərdəlik və məharətiniz sayəsində 44 günlük Vətən müharibəsində rəşadətli Ordumuzun qazandığı şanlı Qələbə tariximizə günəş kimi saçdı. Möhtəşəm Zəfərdən sonra Qarabağımızda aparılan bərpa-quruculuq işləri bu gün çox sürətlə gedir və düşmənin bağrını çatladır.
Cənab Prezident, Sizin rəhbərliyinizlə ölkəmizdə həyata keçirilən tədbirlər vətəndaşların sosial rifah halının daha da yaxşılaşdırılmasına xidmət edir. Bu gün Sizin əlillərə göstərdiyiniz diqqət və qayğı bu kateqoriyadan olan vətəndaşlarda böyük ruh yüksəkliyi yaradır və buna görə Sizə sonsuz minnətdarlığımı bildirirəm.
Allah Sizi və ailənizi qorusun!
Hörmətlə,
Hüseyn Ələkbərov,
Azərbaycan Respublikası, Samux rayonu, Alabaşlı qəsəbəsi.