08 sentyabr 2012, 11:15
Zeynəb və Səbuhi Zahidlilərdən, Saatlı, Azərbaycan
Çox hörmətli cənab Prezident!
Milli ordumuzun zabiti Ramil Səfərovun Azərbaycana gətirilməsi və Sizin tərəfinizdən əfv edilməsi bizim ailənin böyük sevincinə səbəb oldu. Biz bacı-qardaş olaraq Sizin dünya liderləri sırasında yüksək nüfuzunuzdan fərəh hissi keçiririk. Əminik ki, hər bir vətənpərvər azərbaycanlı bu duyğuları yaşayır. Belə xoş anları bizə Sizin nəcib işləriniz, humanist əməlləriniz yaşadır. Bir daha əmin olduq ki, ulu öndərimiz Heydər Əliyevin ərməğanı olan müstəqil Azərbaycan dövlətinin sükanı etibarlı əllərdədir. Allah bu əllərin sahibinə möhkəm cansağlığı, ailə səadəti bəxş etsin. Biz Sizinlə fəxr edirik, cənab Prezident.
Dərin hörmətlə,
Zeynəb və Səbuhi Zahidlilər.
Azərbaycan Respublikası, Saatlı rayonunun Qaracalar kəndi.