17 yanvar 2023, 12:21
Samir Səfərovdan, Abşeron, Azərbaycan
Hörmətli cənab Prezident.
Sizin yanvarın 5-də imzaladığınız “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında” Sərəncamınız əhali arasında rəğbətlə, məmnunluqla qarşılanıb.
Sevinənlər arasında mən də var idim. Birinci dərəcəli gözdən əlil kimi daim dövlətimizin qayğısını hiss etmişəm. Budəfəki qayğınız hər bir ailənin daha rahat, daha firavan yaşamasına kömək edəcək.
Sizə bütün əlillər adından ürəkdən təşəkkür edir, cansağlığı arzulayıram.
Allah Sizi qorusun!
Hörmətlə,
Səfərov Samir Əli oğlu
Azərbaycan Respublikası, Abşeron rayonu, Ceyranbatan qəsəbəsi.