08 sentyabr 2012, 12:30

Sumqayıt Telekommunikasiya Qovşağının kollektivindən, Sumqayıt, Azərbaycan

Möhtərəm Prezidentimiz, Ali Baş Komandanımız!

Azərbaycanımızın igid oğlu Ramil Səfərovun qürbətdə məhbus həyatından azad edilməsi üçün səylərinizə və onu əfv etməyinizə görə Sizə dərin minnətdarlığımızı ifadə edir, Sizinlə fəxr etdiyimizi bildirmək istəyirik. Ümummilli dəyərləri, vətənə sədaqəti şəxsi həyatından üstün tutan bir Azərbaycanlı gəncin azadlığa qovuşmasını Sizin sayənizdə ədalətin zəfər çalması kimi qəbul edirik. Sizin uzaqgörənliklə atdığınız növbəti addım torpaqlarımızın tezliklə azad edilməsinin xoş müjdəçisi olacaqdır.

Sizə sonsuz ehtiram və qürur hissləri ilə,

Sumqayıt Telekommunikasiya Qovşağının kollektivi.

Azərbaycan Respublikası, Sumqayıt şəhəri.