08 sentyabr 2012, 12:45

Ömər Ağayevdən, Bakı, Azərbaycan

Möhtərəm cənab Prezident!

Macarıstanda ömürlük həbs cəzasına məhkum edilmiş Azərbaycan Ordusunun zabiti Ramil Səfərovun Vətənə gətirilərək əfv edilməsi ilə bağlı verdiyiniz Sərəncam biz müharibə, əmək və silahlı qüvvələr veteranlarının, ağsaqqalların çox böyük sevincinə səbəb olmuşdur.

Sizin böyük humanistlik göstərərək atdığınız bu addım hamımızda qürur və fəxarət hissi doğurur, gənclərimizin vətənpərvərlik ruhunu daha da yüksəldir.

Vətənpərvər Azərbaycan vətəndaşına göstərdiyiniz diqqət və qayğıya görə, Sizə öz dərin təşəkkür və minnətdarlığımızı bildirir, uzun ömür, cansağlığı, Azərbaycanımızın inkişafı naminə gördüyünüz işlərdə uğurlar diləyirik.

Dərin hörmət və ehtiramla,

Ömər Ağayev,

Səbail rayon Veteran Təşkilatları Şurasının sədri,
Sosialist Əməyi Qəhrəmanı.

Azərbaycan Respublikası, Bakı şəhəri.