08 sentyabr 2012, 13:15

Hafiz İmaməliyev və Samir Bağırovdan, Gəncə, Azərbaycan

Hörmətli cənab Prezident!

Ramil Səfərovun cəzasının çəkilməyən hissəsindən azad olunması barədə Sərəncamınızı Azərbaycan Texnologiya Universitetinin tələbə-gəncləri ruh yüksəkliyi ilə qarşılamışlar. Sizin bu xeyirxah qərarınız biz gənclərin vətənpərvərlik ruhunu daha da yüksəldir. Biz tələbə-gənclər Ramil Səfərov kimi vətənpərvər olmağı və doğma Azərbaycanımızı göz bəbəyimiz kimi qorumağı müqəddəs vəzifəmiz hesab edirik. Tələbə gənclər adından və şəxsən öz adımdan Sizə dərin minnətdarlığımı bildirirəm.

Hörmətlə,

Universitetin Tələbə-Gənclər Təşkilatının sədri Hafiz İmaməliyev və
Azad Tələbə Həmkarlar Təşkilatının sədri Samir Bağırov.

Azərbaycan Respublikası, Gəncə şəhəri.