08 sentyabr 2012, 13:45
Əlaslan Cəfərovdan, Göygöl, Azərbaycan
Möhtərəm cənab Prezident!
Sizin Ramil Səfərovun əfvi ilə əlaqədar Sərəncamınız hamı kimi Göygöl rayon Heydər məscidinin dindarlarının da sevincinə səbəb olmuşdur. Göygöl dindarları bu sevincin müqabilində Sizə öz minnətdarlıqlarını bildirir, uca Allahdan uzun ömür və cansağlığı arzulayırlar. Siz bu tarixi addımınızla çox böyük savab iş gördünüz. Neçə gündür ki, xalqımız bu savab işin sevincini yaşayır. Qadir Allah işğal altındakı torpaqlarımızın azad edilməsində, məcburi köçkünlərimizin yurd həsrətinə son qoyulması işində Sizin köməyiniz olsun.
Hörmətlə,
Cəfərov Əlaslan Alı oğlu.
Azərbaycan Respublikası, Göygöl rayonu.