28 yanvar 2023, 13:25

Yeganə Mehtiyeva və başqalarından, Tərtər, Azərbaycan

Hörmətli cənab Prezident.

Sizin təhsilin inkişafına göstərdiyiniz diqqət və qayğı bir daha təsdiq edir ki, təhsil dövlət siyasətinin mühüm prinsipləri sırasındadır. Hər il dövlətimiz və Heydər Əliyev Fondu tərəfindən yeni məktəblər, uşaq evləri, körpələr evi, uşaq bağçaları tikilir. Məktəblərin maddi-texniki bazası gücləndirilir. Uşaqların, gənclərin təhsilinə böyük önəm verilir.

Əziz Prezidentimiz uzun illərdir ki, biz Azad Qaraqoyunlu kənd sakinlərinin də gözləri yolda idi. Məktəbimizin binası artıq istismar müddətini başa vurmuşdur. Biz də övladlarımızın yeni, müasir tipli, hər bir şəraiti geniş və işıqlı otaqları olan məktəbdə təhsil almasını arzulayırdıq. Artıq kəndimizdə Heydər Əliyev Fondu tərəfindən 320 şagird yerlik yeni məktəb binasının tikintisinə başlanılıb. Bu, 2830 nəfərin yaşadığı kəndimizin sakinlərini sevindirir.

Cənab Prezident, kəndimizdə yeni məktəb binası tikildiyi üçün Sizə, Heydər Əliyev Fonduna, şəxsən Mehriban xanıma ürəkdən öz minnətdarlığımızı bildiririk.

Ulu Tanrı Sizi və ailənizi qorusun.

Hörmətlə,

Azad Qaraqoyunlu kənd tam orta məktəbin kollektivi:

Mehtiyeva Yeganə

Hacıyeva Sitarə

Əliyev Niyaməddin

Qəhrəmanov Ruslan

Hüseynzadə Mehriban

Əliyeva Çimnaz

Azərbaycan Respublikası, Tərtər rayonu, Azad Qaraqoyunlu kəndi.