08 sentyabr 2012, 14:15

Eldəniz Əliyevdən, Yevlax, Azərbaycan

Çox hörmətli Prezidentimiz!

Sizin uğurlu siyasətiniz nəticəsində xalqımızın qorxmaz oğlu, hünəri ilə öyündüyümüz zabitimiz Ramil Səfərovun Azərbaycana gətirilərək əfv olunmasının dərin rəmzi mənası vardır. Əvvələn bu, Prezidentimizin öz vətəndaşına diqqət və qayğısının təzahürüdür. İkincisi, Ramil öz həyatını Vətənin şərəf və ləyaqətini qorumaq üçün təhlükə altına atmışdır.

Üçüncüsü, Prezidentimiz bu addımı ilə xalqımızda və ordumuzda çox böyük ruh yüksəkliyi yaratmışdır. Sözün qısası, cənab Prezident, Siz qətiyyətin, polad iradənin, təəssübkeşliyin nə olduğunu bütün dünyaya sübut etdiniz. Bir daha sübut etdiniz ki, xalqımız dövlətçilik taleyini Sizə etibar etməkdə yanılmamışdır. Sizə uzun ömür, cansağlığı, ailə səadəti və işlərinizdə uğurlar arzulayırıq.

Hörmətlə,

Əliyev Eldəniz İbrahim oğlu.
Azərbaycan Respublikası, Yevlax şəhəri.