Baxtiyar Hüseynov və Arzu Yaqubovdan, Lənkəran, Azərbaycan
Çox hörmətli cənab Prezident!
Sizin müdrik diplomatiyanız sayəsində ölkəmizin beynəlxalq nüfuzu gündən-günə artır. Azərbaycan artıq dünyada söz və nüfuz sahibidir. Bu nüfuz məhz Sizin sayənizdə qazanılmışdır. Ramil Səfərovun Macarıstandan Azərbaycana gətirilməsi və Sizin humanist prinsiplərə əsaslanan Sərəncamınızla əfv olunması bütün Azərbaycan xalqının ürəyincədir.
Bu, eyni zamanda, Vətənimizin müstəqilliyi, ərazi bütövlüyümüz uğrunda mübarizədə canlarını fəda etmiş şəhid bacı və qardaşlarımızın ruhuna böyük hörmət və ehtiramıdır.
Cənab Prezident, bir daha sübut etdiniz ki, Siz həqiqətən hər bir azərbaycanlının, hər bir əsgərin, hər bir zabitin qayğıları ilə yaşayan və onların arxasında duran qüdrətli dövlət başçısısınız. Belə qeyrətli Vətən övladları haqqında imzaladığınız tarixi sənədlər gənclərimizin vətənpərvərlik duyğularını daha da artırır.
Cənab Prezident, biz həmişə Sizinləyik, bütün lənkəranlılar müdrik və uzaqgörən dövlət başçısı kimi Sizin ətrafınızda sıx birləşmişlər.
Hörmətlə,
Hüseynov Baxtiyar, Yaqubov Arzu.
Azərbaycan Respublikası, Lənkəran rayonu, İstisu qəsəbəsi.