08 sentyabr 2012, 14:45

Aydın Səfərovdan, Cəlilabad, Azərbaycan

Möhtərəm Prezident!

Biz hələ də Sizin humanist Sərəncamınızın doğurduğu xoş əhval-ruhiyyənin təsiri altındayıq. Bu yüksək əhval-ruhiyyəni bizdə Milli Ordumuzun zabiti Ramil Səfərovun Vətənə gətirilərək Sizin humanist Sərəncamınızla azadlığa buraxılması yaratmışdır.

Siz bu hünərvər addımınızla bütün xalqımızı sevindirdiniz. Bilirik ki, ömürlük həbs cəzasına məhkum edilmiş Ramil Səfərovun Azərbaycana gətirilməsi heç də asan məsələ deyildir. Bunu dünyada yüksək nüfuza malik olan bir dövlət başçısı kimi yalnız Siz edə bilərdiniz və etdiniz. Eyni zamanda, Siz vətənpərvər zabitimizi cəzasının çəkilməmiş hissəsindən də azad etdiniz. Belə bir addımı Sizin kimi cəsarətli kişilər ata bilər. Biz fəxr edirik ki, Sizin kimi cəsarətli, qətiyyətli Prezidentimiz vardır.

Sizə uğurlar və cansağlığı arzulayıram.

Hörmətlə,

Səfərov Aydın Qəfər oğlu

Azərbaycan Respublikası, Cəlilabad rayonu, Günəşli kəndi.